Beyləqanda mal-qara və avtomobil oğrusu saxlanılıb

Beyləqanda mal-qara oğrusu saxlanılıb.
Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, Beyləqan rayonunun İmamverdilər kənd sakini Natiq Abdullayev İmişli rayon polis şöbəsinə müraciət edərək otlaq sahəsindən ona məxsus iribuynzulu heyvanın oğurlandığını bildirib.
Bundan sonra aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon Birinci Şahsevən kənd sakini, əvvəllər dəfələrlə məhkum olunan Elçin Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu heyvanları və bir ədəd avtomobili oğurlayıb.
Rubrika.az
Facebook-da paylaş











