Əsas Səhifə > Hadisə > Bakıda yaşayış evində partlayış: Yaralılar var
Bakıda yaşayış evində partlayış: Yaralılar var2-01-2018, 19:32 |
![]() Yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib. Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alıb. Hər 3 şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |