Bakıda yaşayış evində partlayış: Yaralılar var

Yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alıb.
Hər 3 şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş













