Əsas Səhifə > Hadisə > Sabirabadda piyadanı avtomobil vurub
Sabirabadda piyadanı avtomobil vurub3-01-2018, 18:26 |
![]() Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.az Apa.az-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində Kürdəmir sakini, 1975-ci il təvəllüdlü Səmədov Vasif Cavanşir oğlunu yük avtomobili vurub. Nəticədə piyada sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |