Sabirabadda piyadanı avtomobil vurub

Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.az Apa.az-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində Kürdəmir sakini, 1975-ci il təvəllüdlü Səmədov Vasif Cavanşir oğlunu yük avtomobili vurub. Nəticədə piyada sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş











