Əsas Səhifə > Hadisə > Goranboyda kütləvi dava olub, ölən və xəsarət alanlar var
Goranboyda kütləvi dava olub, ölən və xəsarət alanlar var4-01-2018, 23:48 |
![]() Goranboyda kütləvi dava olub. Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, hadisə zamanı 3 nəfər bıçaq xəsarəti alıb. Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğludur. O, dava zamanı çoxsaylı bıçaq yarası alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib Dava zamanı bıçaq xəsarəti alan daha bir nəfər - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Rubrika.az Geri qayıt |