Goranboyda kütləvi dava olub, ölən və xəsarət alanlar var

Goranboyda kütləvi dava olub.
Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, hadisə zamanı 3 nəfər bıçaq xəsarəti alıb.
Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğludur. O, dava zamanı çoxsaylı bıçaq yarası alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib
Dava zamanı bıçaq xəsarəti alan daha bir nəfər - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb.
Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Rubrika.az
Facebook-da paylaş














