Əsas Səhifə > Hadisə > Donald Tramp: "Stiv hamı tərəfindən atılıb"
Donald Tramp: "Stiv hamı tərəfindən atılıb"6-01-2018, 18:42 |
![]() ABŞ Prezidenti Donald Tramp jurnalist Maykl Vulfun müəllifi olduğu “Alov və Qəzəb: Trampın Ağ Evində” adlı kitabını Tvitter hesabında yenidən sərt tənqid edib. Rubrika.az musavat com-a istinaden xəbər verir ki, Tramp strateji məsələlər üzrə keçmiş məsləhətçisi Stiv Bennonu köpəklə müqayisə edib. Buna əsas səbəb isə Maykl Vulfun müəllifi olduğu kitabda Bennonun 2016-cı ilin iyununda Trampın ruslarla görüşünü xəyanət adlandırması olub: "Maykl Vulf uğursuz adamdır. O darıxdırıcı və həqiqətə uymayan kitabı satmaq üçün özündən hekayələr uydurub. O tənbəl, işindən atılanda isə yalvaran Stiv Bennondan istifadə edib. İndi isə Stiv hamı tərəfindən it kimi atılıb. Çox təəssüf". Rubrika.az Geri qayıt |