Donald Tramp: "Stiv hamı tərəfindən atılıb"

ABŞ Prezidenti Donald Tramp jurnalist Maykl Vulfun müəllifi olduğu “Alov və Qəzəb: Trampın Ağ Evində” adlı kitabını Tvitter hesabında yenidən sərt tənqid edib.
Rubrika.az musavat com-a istinaden xəbər verir ki, Tramp strateji məsələlər üzrə keçmiş məsləhətçisi Stiv Bennonu köpəklə müqayisə edib. Buna əsas səbəb isə Maykl Vulfun müəllifi olduğu kitabda Bennonun 2016-cı ilin iyununda Trampın ruslarla görüşünü xəyanət adlandırması olub:
"Maykl Vulf uğursuz adamdır. O darıxdırıcı və həqiqətə uymayan kitabı satmaq üçün özündən hekayələr uydurub. O tənbəl, işindən atılanda isə yalvaran Stiv Bennondan istifadə edib. İndi isə Stiv hamı tərəfindən it kimi atılıb. Çox təəssüf".
Rubrika.az
Facebook-da paylaş












