Əsas Səhifə > Hadisə > İranda növbəti zəlzələ baş verdi
İranda növbəti zəlzələ baş verdi8-01-2018, 10:22 |
|
Bu gün İranın İraqla sərhədi yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib. Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir. Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir. Rubrika.az Geri qayıt |