İranda növbəti zəlzələ baş verdi
![]()
Bu gün İranın İraqla sərhədi yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.
Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 kilometr cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir.
Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir.
Rubrika.az
Facebook-da paylaş














