Əsas Səhifə > Hadisə > Böyük Səhraya 40 sm-lik qar yağdı — FOTO
Böyük Səhraya 40 sm-lik qar yağdı — FOTO9-01-2018, 18:34 |
|
Böyük Səhraya qar yağıb. Rubrika.az "Ölkə.Az"-a istinaden xəbər verir ki, bəzi yerlərdə qarın qalınlığı 40 sm-dir. Ərəbistan mətbuatının xəbərinə əsasən, Əlcəzairin Ayn-Sefra şəhərinə qar yağıb. Şəhər "səhranın qapıları" kimi tanınır. Yağan qar bir neçə saat sonra əriyib. Son 40 il ərzində regiona 5-ci dəfədir ki, qar yağır. Ekspertlərin fikrinə görə, bu, Böyük Səhra üçün nadir haldır. Qar daha çox Atlas dağlarına yağır. Rubrika.az Geri qayıt |