Böyük Səhraya 40 sm-lik qar yağdı — FOTO
![]()
Böyük Səhraya qar yağıb.
Rubrika.az "Ölkə.Az"-a istinaden xəbər verir ki, bəzi yerlərdə qarın qalınlığı 40 sm-dir.
Ərəbistan mətbuatının xəbərinə əsasən, Əlcəzairin Ayn-Sefra şəhərinə qar yağıb.
Şəhər "səhranın qapıları" kimi tanınır.
Yağan qar bir neçə saat sonra əriyib. Son 40 il ərzində regiona 5-ci dəfədir ki, qar yağır.
Ekspertlərin fikrinə görə, bu, Böyük Səhra üçün nadir haldır. Qar daha çox Atlas dağlarına yağır.
Rubrika.az
Facebook-da paylaş










