Əsas Səhifə > Hadisə > Sərxoş polis avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb
Sərxoş polis avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb17-01-2018, 22:20 |
|
Astanada sərxoş polis əməkdaşı idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb. Rubrika.az APA-ya istinaden xəbərinə görə, bu barədə Astana Daxili İşlər Departamentinin (DİD) mətbuat xidməti məlumat verib. Məlumata əsasən, qəza zamanı avtomobildə sərnişin qismində olan Astana DİD-in yüksək rütbəli zabiti hadisə yerindən qaçıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Rubrika.az Geri qayıt |