Sərxoş polis avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb
![]()
Astanada sərxoş polis əməkdaşı idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb.
Rubrika.az APA-ya istinaden xəbərinə görə, bu barədə Astana Daxili İşlər Departamentinin (DİD) mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, qəza zamanı avtomobildə sərnişin qismində olan Astana DİD-in yüksək rütbəli zabiti hadisə yerindən qaçıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş









