Əsas Səhifə > Dünya, Hadisə > Nigeriyada dəhşətli terakt: Ölü və yaralılar var

Nigeriyada dəhşətli terakt: Ölü və yaralılar var


17-02-2018, 18:50
Nigeriyada dəhşətli terakt: Ölü və yaralılar var

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terakt baş verib.

Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, 3 kamikadzenin bazarda özünü partlatması nəticəsində 21 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də, hadisənin Boko-Haram qruplaşmasının silahlıları tərəfindən törədildiyi ehtimal edilir.

Qeyd edək ki, yanvarın 3-də Nigeriyada terrorçu-kamikadzenin məsciddə özünü partlatması nəticəsində azı 14 nəfər həlak olmuş, çox sayda insan yaralanmışdı.

Rubrika.az
Geri qayıt