Nigeriyada dəhşətli terakt: Ölü və yaralılar var
![]()
Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terakt baş verib.
Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, 3 kamikadzenin bazarda özünü partlatması nəticəsində 21 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Terror aktına görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də, hadisənin Boko-Haram qruplaşmasının silahlıları tərəfindən törədildiyi ehtimal edilir.
Qeyd edək ki, yanvarın 3-də Nigeriyada terrorçu-kamikadzenin məsciddə özünü partlatması nəticəsində azı 14 nəfər həlak olmuş, çox sayda insan yaralanmışdı.
Rubrika.az
Facebook-da paylaş















