Əsas Səhifə > Hadisə > Bakıda 14 yaşlı oğlan dəm qazından boğularaq ölüb
Bakıda 14 yaşlı oğlan dəm qazından boğularaq ölüb26-02-2018, 12:58 |
|
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi evlərdən birində yaşayan, 2004-cü il təvəllüdlü Tural İlham oğlu Abdullayev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdıra aparılır. Rubrika.Az Geri qayıt |