Bakıda 14 yaşlı oğlan dəm qazından boğularaq ölüb
![]()
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi evlərdən birində yaşayan, 2004-cü il təvəllüdlü Tural İlham oğlu Abdullayev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdıra aparılır.
Rubrika.Az
Facebook-da paylaş














