Əsas Səhifə > Hadisə > Səfirlik maşını qəzaya uğradı
Səfirlik maşını qəzaya uğradı27-02-2018, 12:52 |
|
Nərimanov rayonu ərazisində Pakistan səfirliyinin avtomobili vurulub. “Ölkə.Az”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayonun Koroğlu Rəhimov küçəsində Paksitan səfirliyinə məxsus, Abbas Əlinin idarə etdiyi 011 D 006 markalı avtomobil naməlum maşın tərəfindən vurulub. Səfirliyin avtomobilini vuran naməlum maşın dərhal ərazidən uzaqlaşıb. Hadisə yerinə Nərimanov DYPŞ-nin əməkdaşları gəlib, ikin müayinələr aparıblar və müşahidə kameralarının görüntüləri götürülüb. Hazırda həmin avtomobilin müəyyənləşdirilərək saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb. Rubrika.Az Geri qayıt |