Səfirlik maşını qəzaya uğradı
![]()
Nərimanov rayonu ərazisində Pakistan səfirliyinin avtomobili vurulub.
“Ölkə.Az”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayonun Koroğlu Rəhimov küçəsində Paksitan səfirliyinə məxsus, Abbas Əlinin idarə etdiyi 011 D 006 markalı avtomobil naməlum maşın tərəfindən vurulub. Səfirliyin avtomobilini vuran naməlum maşın dərhal ərazidən uzaqlaşıb. Hadisə yerinə Nərimanov DYPŞ-nin əməkdaşları gəlib, ikin müayinələr aparıblar və müşahidə kameralarının görüntüləri götürülüb. Hazırda həmin avtomobilin müəyyənləşdirilərək saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.
Rubrika.Az
Facebook-da paylaş







