Əsas Səhifə > Hadisə > Avropa İttifaqı Azərbaycan xalqına başsağlığı verdi
Avropa İttifaqı Azərbaycan xalqına başsağlığı verdi5-03-2018, 11:10 |
|
Dünən Xətai rayonundakı Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı dost və yaxın dövlət başçıları Azərbaycan xalqına və prezidentinə başsağlığı məktubları ünvanlayırlar. Rubrika.Az ölkə.az-a istinadla xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Bu barədə Aİ-nin Azərbaycan Nümayəndəliyinin Mətbuat xidmətindən məlumat verilib. "Biz həyatını itirən insanların ailələrinin və Azərbaycan xalqının dərdinə şərik olub yaralılara şəfa diləyirik", - deyə Nümayəndəlikdən bildiriblər. Qeyd edək ki, martın 2-də ərazisindəki Respublika Narkoloji Mərkəzində baş verən yanğında 25 nəfər həlak olub. Rubrika.Az Geri qayıt |