Avropa İttifaqı Azərbaycan xalqına başsağlığı verdi
![]()
Dünən Xətai rayonundakı Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı dost və yaxın dövlət başçıları Azərbaycan xalqına və prezidentinə başsağlığı məktubları ünvanlayırlar.
Rubrika.Az ölkə.az-a istinadla xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
Bu barədə Aİ-nin Azərbaycan Nümayəndəliyinin Mətbuat xidmətindən məlumat verilib.
"Biz həyatını itirən insanların ailələrinin və Azərbaycan xalqının dərdinə şərik olub yaralılara şəfa diləyirik", - deyə Nümayəndəlikdən bildiriblər.
Qeyd edək ki, martın 2-də ərazisindəki Respublika Narkoloji Mərkəzində baş verən yanğında 25 nəfər həlak olub.
Rubrika.Az
Facebook-da paylaş















