Əsas Səhifə > Hadisə > Bakının Nərimanov rayonunda 5 otaqlı ev yanıb

Bakının Nərimanov rayonunda 5 otaqlı ev yanıb


10-03-2018, 23:15
Bakının Nərimanov rayonunda 5 otaqlı ev yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

"Ölkə.Az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 5 otaqlı ev yanıb.

Nəticədə evin 1 otağının yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan 4 otağın lambirdən ibarət tavanı 86 m2 sahədə əriyib.
Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Rubrika.az


Geri qayıt