Bakının Nərimanov rayonunda 5 otaqlı ev yanıb
![]()
Bakıda yanğın hadisəsi qeydə alınıb.
"Ölkə.Az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 5 otaqlı ev yanıb.
Nəticədə evin 1 otağının yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan 4 otağın lambirdən ibarət tavanı 86 m2 sahədə əriyib.
Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Rubrika.az
Facebook-da paylaş













