Əsas Səhifə > Hadisə > Türkiyədə gəmi batdı: 79 tələbə...
Türkiyədə gəmi batdı: 79 tələbə...2-04-2018, 22:21 |
|
Türkiyənin Muğla əyalətində gəmi batıb. Rubrika.az Publika.az-a istinaden xəbər verir ki, Türkiyənin Hərbi-Dəniz Qüvvələri batan gəmidəki insanları xilas edib. Muğlanın Fəthiyə rayonunda dənizdə batan “Mermaid” adlı gəzinti gəmisindəki insanlar üzərək özlərini yaxınlıqdakı qayalara çatdıra biliblər. Göyərtədə 71 tələbə və 8 heyət üzvü olub. Türkiyənin Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sahil mühafizəçiləri onların köməyinə çatıblar. Xilasetmə işlərinə 5 gəmi, bir təyyarə və bir helikopter cəlb olunub. Rubrika.az Geri qayıt |