Türkiyədə gəmi batdı: 79 tələbə...
![]()
Türkiyənin Muğla əyalətində gəmi batıb.
Rubrika.az Publika.az-a istinaden xəbər verir ki, Türkiyənin Hərbi-Dəniz Qüvvələri batan gəmidəki insanları xilas edib. Muğlanın Fəthiyə rayonunda dənizdə batan “Mermaid” adlı gəzinti gəmisindəki insanlar üzərək özlərini yaxınlıqdakı qayalara çatdıra biliblər. Göyərtədə 71 tələbə və 8 heyət üzvü olub.
Türkiyənin Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sahil mühafizəçiləri onların köməyinə çatıblar. Xilasetmə işlərinə 5 gəmi, bir təyyarə və bir helikopter cəlb olunub.
Rubrika.az
Facebook-da paylaş













