Əsas Səhifə > Dünya > İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb

İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb


7-04-2018, 22:37
İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb

İstanbul boğazında Fateh Sultan Mehmet körpüsü altında sahildəki villaya çırpılan tanker Malta bayrağı altına üzürmüş. Hazırda boğazda gəmilərin hərəkəti dayandırılıb.

Rubrika.az AZƏRTAC -a istinaden xəbər verir ki, 225 metr uzunluğunda olan gəmi Qara dəniz-Mərmərə xətti ilə hərəkət edərkən qəzaya uğrayıb. Gəmi hadisə yerindən yedək gəmisinin köməyi ilə sahildən çəkilib. Bildirilir ki, onun çırpıldığı yer əsasən restoranlar olan ərazidir.

Rubrika.az
Geri qayıt