İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb

İstanbul boğazında Fateh Sultan Mehmet körpüsü altında sahildəki villaya çırpılan tanker Malta bayrağı altına üzürmüş. Hazırda boğazda gəmilərin hərəkəti dayandırılıb.
Rubrika.az AZƏRTAC -a istinaden xəbər verir ki, 225 metr uzunluğunda olan gəmi Qara dəniz-Mərmərə xətti ilə hərəkət edərkən qəzaya uğrayıb. Gəmi hadisə yerindən yedək gəmisinin köməyi ilə sahildən çəkilib. Bildirilir ki, onun çırpıldığı yer əsasən restoranlar olan ərazidir.
Rubrika.az
Facebook-da paylaş














