Əsas Səhifə > Hadisə > Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır


19-04-2018, 13:25
Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

Azərbaycan dələduzluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.

Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumata görə, 1979-cu il təvəllüdlü Yusif Kərimov dələduzluqda təqsirli bilinir.

Y. Kərimov Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Rubrika.Az
Geri qayıt