Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

Azərbaycan dələduzluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.
Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumata görə, 1979-cu il təvəllüdlü Yusif Kərimov dələduzluqda təqsirli bilinir.
Y. Kərimov Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Rubrika.Az
Facebook-da paylaş








