Əsas Səhifə > Hadisə > Mafiya başçısını dəlik-deşik etdilər
Mafiya başçısını dəlik-deşik etdilər20-04-2018, 22:00 |
|
Yunanıstan paytaxtında nüfuzlu mafiozu gülələnib. Sfera.az xəbər verir ki, bu haqda "Mononews” məlumat yayıb. "Bubi” ləqəbli Yarqos Lisos avtomobilinə əyləşərkən "kalaşnikov” avtomatlarından atəşə tutulub. Hadisə dünən, yerli vaxtla 21:41-də Afinada baş verib. Şahidlərin sözlərinə görə, "Bubi-yə sui-qəsd klassik mafiya stilində olub. Onun avtomobilinə iki motosikletçi yaxınlaşıb və atəş açıb. Polis hadisə yerində onlarla giliz tapıb. Mafioza ən azı 8 güllə dəyib. O yaralı halda xəstəxanaya çatdırılsa da az zaman keçmiş ölüb. Ehtimal ki, "Bubi” qisasın qurbanı olub. Bu ilin yanvarında Afinada mafiyanın "xaç ata”larından biri - Vasili Stefanakis öldürülmüşdü. Həmin sui-qəsdin təşkilatçısı kimi "Bubi” göstərilirdi. Rubrika.az Geri qayıt |