Mafiya başçısını dəlik-deşik etdilər
![]()
Yunanıstan paytaxtında nüfuzlu mafiozu gülələnib.
Sfera.az xəbər verir ki, bu haqda "Mononews” məlumat yayıb.
"Bubi” ləqəbli Yarqos Lisos avtomobilinə əyləşərkən "kalaşnikov” avtomatlarından atəşə tutulub. Hadisə dünən, yerli vaxtla 21:41-də Afinada baş verib.
Şahidlərin sözlərinə görə, "Bubi-yə sui-qəsd klassik mafiya stilində olub. Onun avtomobilinə iki motosikletçi yaxınlaşıb və atəş açıb.
Polis hadisə yerində onlarla giliz tapıb. Mafioza ən azı 8 güllə dəyib. O yaralı halda xəstəxanaya çatdırılsa da az zaman keçmiş ölüb.
Ehtimal ki, "Bubi” qisasın qurbanı olub. Bu ilin yanvarında Afinada mafiyanın "xaç ata”larından biri - Vasili Stefanakis öldürülmüşdü.
Həmin sui-qəsdin təşkilatçısı kimi "Bubi” göstərilirdi.
Rubrika.az
Facebook-da paylaş






