Əsas Səhifə > Hadisə > Şəmkirdə dəhşətli qəza: 2 nəfər ölü, 3 yaralı

Şəmkirdə dəhşətli qəza: 2 nəfər ölü, 3 yaralı


25-04-2018, 11:35
Şəmkirdə dəhşətli qəza: 2 nəfər ölü, 3 yaralı

Şəmkirdə ağır yol qəzası baş verib.

Rubrka.Az-ın APA-ya istinadən qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt