Şəmkirdə dəhşətli qəza: 2 nəfər ölü, 3 yaralı

Şəmkirdə ağır yol qəzası baş verib.
Rubrka.Az-ın APA-ya istinadən qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












