Əsas Səhifə > Hadisə > Tramp KXDR ilə sammitin keçirilməsi ilə bağlı danışıqları məhsuldar adlandırıb

Tramp KXDR ilə sammitin keçirilməsi ilə bağlı danışıqları məhsuldar adlandırıb


26-05-2018, 10:43
Tramp KXDR ilə sammitin keçirilməsi ilə bağlı danışıqları məhsuldar adlandırıb

ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə sammitin keçirilməsi ilə bağlı məhsuldar danışıqlar aparır.

Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz Twitter səhifəsində yazıb.

D.Tramp bildirib: "Biz Şimali Koreya ilə sammitin keçirilməsi məsələsinə qayıtmaq barədə çox səmərəli danışıqlar aparırıq. Sammit yəgin ki, eyni yerdə, Sinqapurda, danışılan gündə, 12 iyun, keçiriləcək. Əgər lazım olsa, uzadılacaq".

Rubrika.Az
Geri qayıt