Tramp KXDR ilə sammitin keçirilməsi ilə bağlı danışıqları məhsuldar adlandırıb

ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə sammitin keçirilməsi ilə bağlı məhsuldar danışıqlar aparır.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz Twitter səhifəsində yazıb.
D.Tramp bildirib: "Biz Şimali Koreya ilə sammitin keçirilməsi məsələsinə qayıtmaq barədə çox səmərəli danışıqlar aparırıq. Sammit yəgin ki, eyni yerdə, Sinqapurda, danışılan gündə, 12 iyun, keçiriləcək. Əgər lazım olsa, uzadılacaq".
Rubrika.Az
Facebook-da paylaş














