Əsas Səhifə > Hadisə > Kürdəmirdə minik maşını aşıb, sürücü yaralanıb — YENİLƏNİB
Kürdəmirdə minik maşını aşıb, sürücü yaralanıb — YENİLƏNİB2-06-2018, 22:43 |
|
Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub. Rubrika.az “Report”a istinadən xəbər verir ki, bu, rayonun 1970-ci il təvəllüdlü Sorsor kənd sakini Əmirov Rəhim Mirzəcan oğludur. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Hadisə bu gün axşam saatlarında Ağsu-Bəhramtəpə yolunun Kürdəmir rayonunun Sorsor kəndi ərazisindən keçən hissəsində baş verib. "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Faktla bağlı araşdırma aparılır. *** Ağsu-Bəhramtəpə yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. "Ölkə.Az" xəbər verir ki, rayonun Sorsor kəndi ərazisi ilə hərəkətdə olan "VAZ-21011" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində sürücü yaralanaraq xəstəxanaya yerləşdirilib. Rubrika.az Geri qayıt |