Kürdəmirdə minik maşını aşıb, sürücü yaralanıb — YENİLƏNİB
![]()
Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.
Rubrika.az “Report”a istinadən xəbər verir ki, bu, rayonun 1970-ci il təvəllüdlü Sorsor kənd sakini Əmirov Rəhim Mirzəcan oğludur.
O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Hadisə bu gün axşam saatlarında Ağsu-Bəhramtəpə yolunun Kürdəmir rayonunun Sorsor kəndi ərazisindən keçən hissəsində baş verib. "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ağsu-Bəhramtəpə yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, rayonun Sorsor kəndi ərazisi ilə hərəkətdə olan "VAZ-21011" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində sürücü yaralanaraq xəstəxanaya yerləşdirilib.
Rubrika.az
Facebook-da paylaş









