Əsas Səhifə > Qalmaqal > Bakıda İsrail səfirliyi qarşısında aksiya – Saxlanılanlar var VİDEO/FOTO
Bakıda İsrail səfirliyi qarşısında aksiya – Saxlanılanlar var VİDEO/FOTO8-06-2018, 22:06 |
![]() Beynəlxalq Qüds günü ilə əlaqədar bu gün Bakıda İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Rubrika.az Teref.info-ya istinaden məlumatına görə, aksiyanı Azərbaycan İslam Partiyası keçirib. Aksiya təxminən 10-15 dəqiqə çəkib. Səfirliyin qarşısında şüarlar səsləndirildikdən sonra polis müdaxilə edərək, aksiyanı dağıdıb. Bir neçə nəfər saxlanılaraq, Yasamal rayon 26 və 27-ci polis bölmələrinə aparılıblar. Aksiyanı dağıdarkən aksiyadan reportaj hazırlayan Teref.info-nun müxbiri Aslan Quliyev saxlanılıb. Müxbirimiz bir qədər sərbəst sonra buraxılıb. Teref.info Rubrika.az Geri qayıt |