Bakıda İsrail səfirliyi qarşısında aksiya – Saxlanılanlar var VİDEO/FOTO

Beynəlxalq Qüds günü ilə əlaqədar bu gün Bakıda İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Rubrika.az Teref.info-ya istinaden məlumatına görə, aksiyanı Azərbaycan İslam Partiyası keçirib. Aksiya təxminən 10-15 dəqiqə çəkib.
Səfirliyin qarşısında şüarlar səsləndirildikdən sonra polis müdaxilə edərək, aksiyanı dağıdıb. Bir neçə nəfər saxlanılaraq, Yasamal rayon 26 və 27-ci polis bölmələrinə aparılıblar.
Aksiyanı dağıdarkən aksiyadan reportaj hazırlayan Teref.info-nun müxbiri Aslan Quliyev saxlanılıb.
Müxbirimiz bir qədər sərbəst sonra buraxılıb.
Teref.info![]()
![]()
![]()
Rubrika.az
Facebook-da paylaş









