Əsas Səhifə > Hadisə > Nazir zəhərlənən işçilərə baş çəkib - FOTOLAR

Nazir zəhərlənən işçilərə baş çəkib - FOTOLAR


19-06-2018, 20:00
Nazir zəhərlənən işçilərə baş çəkib - FOTOLAR

İnam Kərimov onların müalicəsi ilə maraqlanıb

Kənd təsərrufatı naziri İnam Kərimov İmişlinin Mərkəzi Rayon Xəstəxanasında (RMX) pambıq tarlasında zəhərlənən işçilərlə görüşüb.

REAL-ın İmişliyə ezam olnmuş əməkdaşı xəbər verir ki, nazir onların müalicə şəraiti və səhhəti ilə maraqlanıb.

Qeyd edək ki, dünən İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə hadisəsi baş verib. İmişli RMX-ya 50-yə yaxın zərərçəkən müraciət edib.

Kənd Təsərrufatı Nazirliyinin mütəxəssisləri araşdırmaların aparılması üçün hadisə rayonuna ezam olunub. Kənd təsərrufatı naziri İnam Kərimov da araşdırmalara rəhbərlik etmək üçün İmişliyə səfər edib

Nazir zəhərlənən işçilərə baş çəkib - FOTOLAR
Nazir zəhərlənən işçilərə baş çəkib - FOTOLAR
Nazir zəhərlənən işçilərə baş çəkib - FOTOLAR

Rubrika.az
Geri qayıt