Nazir zəhərlənən işçilərə baş çəkib - FOTOLAR

İnam Kərimov onların müalicəsi ilə maraqlanıb
Kənd təsərrufatı naziri İnam Kərimov İmişlinin Mərkəzi Rayon Xəstəxanasında (RMX) pambıq tarlasında zəhərlənən işçilərlə görüşüb.
REAL-ın İmişliyə ezam olnmuş əməkdaşı xəbər verir ki, nazir onların müalicə şəraiti və səhhəti ilə maraqlanıb.
Qeyd edək ki, dünən İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə hadisəsi baş verib. İmişli RMX-ya 50-yə yaxın zərərçəkən müraciət edib.
Kənd Təsərrufatı Nazirliyinin mütəxəssisləri araşdırmaların aparılması üçün hadisə rayonuna ezam olunub. Kənd təsərrufatı naziri İnam Kərimov da araşdırmalara rəhbərlik etmək üçün İmişliyə səfər edib![]()
![]()
![]()
Rubrika.az
Facebook-da paylaş










