Əsas Səhifə > İdman > DÇ-2018: İspaniya millisi İrana qalib gəldi
DÇ-2018: İspaniya millisi İrana qalib gəldi21-06-2018, 10:56 |
![]() Futbol üzrə Rusiyada keçirilən XXI dünya çempionatının VII gününün sonuncu oyununda “B” qrupunda yer alan İran və İspaniya milliləri qarşılaşıblar. Rubrika.Az virtualaz.org-a istinadən bildirir ki, “Kazan Arena”da keçirilən oyun ispanların minimal qələbəsi ilə nəticələnib. Matçda yeganə qolu İspaniya və "Atletiko Madrid"in hücumçusu Diyeqo Kosta vurub - 1:0. Beləliklə, İspaniya yığması iki oyuna 4 xal toplayaraq qrupda Portuqaliya (4 xal) ilə birinci və ikinci yerləri bölüşür. Rubrika.Az Geri qayıt |