DÇ-2018: İspaniya millisi İrana qalib gəldi

Futbol üzrə Rusiyada keçirilən XXI dünya çempionatının VII gününün sonuncu oyununda “B” qrupunda yer alan İran və İspaniya milliləri qarşılaşıblar.
Rubrika.Az virtualaz.org-a istinadən bildirir ki, “Kazan Arena”da keçirilən oyun ispanların minimal qələbəsi ilə nəticələnib. Matçda yeganə qolu İspaniya və "Atletiko Madrid"in hücumçusu Diyeqo Kosta vurub - 1:0.
Beləliklə, İspaniya yığması iki oyuna 4 xal toplayaraq qrupda Portuqaliya (4 xal) ilə birinci və ikinci yerləri bölüşür.
Rubrika.Az
Facebook-da paylaş













