Əsas Səhifə > Hadisə > Elmar Məmmədyarov Qətər səfirini qəbul edib
Elmar Məmmədyarov Qətər səfirini qəbul edib27-06-2018, 16:42 |
|
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib. Nazir səfir Yusif bin Həsən Yusif əl-Saiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb. RUBRİKA.AZ Geri qayıt |