Elmar Məmmədyarov Qətər səfirini qəbul edib
![]()
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib.
Nazir səfir Yusif bin Həsən Yusif əl-Saiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
RUBRİKA.AZ
Facebook-da paylaş














