Əsas Səhifə > Hadisə > Nazir: Saxta əlillik təyinatları barədə qərarlar ləğv edilib
Nazir: Saxta əlillik təyinatları barədə qərarlar ləğv edilib13-07-2018, 11:38 |
|
Bu ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yalnış əlillik təyinatları barədə qərarlar ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb. Rubrika.Az-ın Oxu.Az-a itinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyinin İşçi Qrupunun növbəti iclasında deyib. Nazir bildirib ki, onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün tədbirlər görülüb: “Saxta əlillik təyinatlarının qarşısının alınması, eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirilir”. Rubrika.Az Geri qayıt |