Nazir: Saxta əlillik təyinatları barədə qərarlar ləğv edilib
![]()
Bu ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yalnış əlillik təyinatları barədə qərarlar ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb.
Rubrika.Az-ın Oxu.Az-a itinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyinin İşçi Qrupunun növbəti iclasında deyib.
Nazir bildirib ki, onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün tədbirlər görülüb:
“Saxta əlillik təyinatlarının qarşısının alınması, eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirilir”.
Rubrika.Az
Facebook-da paylaş










