Əsas Səhifə > Hadisə > Ağstafada balıq tutan şəxsi elektrik cərəyanı vurub öldürüb

Ağstafada balıq tutan şəxsi elektrik cərəyanı vurub öldürüb


16-07-2018, 22:19
Ağstafada balıq tutan şəxsi elektrik cərəyanı vurub öldürüb

Ağstafa sakinini balıq tutarkən onu elektrik cərəyanı vurub.

Rubrika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Mahmudov İlkin Məhəmməd oğlu kəndin ərazisində olan su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vurub öldürüb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Rubrika.az
Geri qayıt